Müstəqillik Günü münasibətilə AHİK-də tədbir keçirilib

Müstəqillik Günü münasibətilə AHİK-də tədbir keçirilib

Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədrinin birinci müavini İlyas Əliyev 1918-ci il mayın 28-də xalqımız tərəfindən qurulan müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən, xalqımızın həyatında oynadığı rolundan bəhs edib.Onun sözlərinə görə, xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olub: “Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər, tolerant, birgəyaşayış dəyərlərinə sədaqətinin dərin köklərini göstərir. Cümhuriyyət dönəmindəki şərəfli addımlardan biri də qadınlara şərqdə ilk dəfə səsvermə hüququnun verilməsi olub. Bu, ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq əlaməti idi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdi. Dövlətin əsas atributları – bayraq, himn və gerb yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.İ.Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hərbi müdaxilə səbəbindən süqut etdiyi üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı: “Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq etdi. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının müstəqillik arzusu həyata keçdi. Müstəqilliyin ilk illərində onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ulu Öndər Heydər Əliyevin xalqın köməyinə yetişməsi müstəqilliyimizin başını almış təhlükəni aradan qaldırdı və Azərbaycanın xoşbəxt gələcəyinin əsası qoyuldu”.“Bu gün Azərbaycan müstəqillik tarixinin ən şanlı dövrünü yaşayır, bütün sahələrdə dayanıqlı inkişaf bərqərar olub, hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması üçün ölkəmizdə bütün imkanlar mövcuddur. Bütün uğurlarımızın, qələbələrimizin kökündə xalqımızın vahidliyi, birliyi dayanıb. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb”, – deyən AHİK sədrinin müavini əlavə edib ki, bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir: “İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-21.jpg 77.72 KB2-15.jpg 174.91 KB3-13.jpg 98.05 KB4-12.jpg 146.23 KB

27.05.2022

AHİK Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırıb

AHİK Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırıb

İkinci Qarabağ müharibəsindəki tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Azərbaycan dövləti Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı sistemli xarakter daşımaqdadır.Ölkəmizin ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar ittifaqları da dövlətimizin bu cür nəcib missiyalarını hər zaman dəstəkləyir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi qayğı ilə yanaşır.Məlumat verildiyi kimi, mayın 11-də AHİK-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.“İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteran oğullarımız da var.Mükafatlandırılan Vətən müharibəsi qaziləri və iştirakçıları aşağıdakılardır:İkinci Qarabağ müharibəsi iştirakçısı, hava gəmisinin II pilotu Əlili Əzim Vəli oğlu“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş rəngsaz Fərmanov Elməddin Namiq oğluVətən müharibəsi iştirakçısı, böyük usta Piriyev Şəhriyar Məcnun oğluCəbrayıl və Zəngilan rayonlarında gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə medallarla və “Fəxri Fərman” ilə təltif olunmuş 2-ci dərəcəli cilalayıcı Rəhimli Murad Müzəffər oğlu“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş həkim İsmayılov Eldar Mehman oğluFüzulinin, Xocəvəndin, Qubadlının, Şuşanının azad olunmasına görə medalları ilə təltif olunmuş fiziki tərbiyə müəllimi Həsənov Elgün Ələsgər oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Bəhramlı Faris İbrahim oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Səfərov Ağa Sərdar oğluVətən müharibəsi iştirakçısı müəllim Qasımov Əziz Vəzir oğlu“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş informatika müəllimi Səlimov Elvin Zahid oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş proqramçı Babayev Təhmin İntiqam oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş elektrik montyoru Xankişiyev Elnur Əlağa oğlu AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiE21A2414.jpg 154.47 KBE21A2416.jpg 175.93 KBE21A2422.jpg 168.88 KBE21A2423.jpg 125.81 KBE21A2425.jpg 160.22 KBE21A2427.jpg 163.84 KBE21A2429 (1).jpg 148.85 KBE21A2429.jpg 148.85 KBE21A2433.jpg 116.94 KBE21A2434-1.jpg 184.08 KBE21A2436.jpg 178.51 KBE21A2464.jpg 221.92 KBE21A2468.jpg 230.96 KB

12.05.2022

AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib

AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib

Mayın 6-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib.Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider adlandırıb: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdi”.“Hələ 1969-cu ildə Respublika rəhbəri təyin edilən Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər SSRİ respublikaları arasında önə çıxarmağı bacardı. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur”, – AHİK sədri bildirib.“Ulu öndərin təşəbbüsü və fəal iştirakı ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Heydər Əliyevin müstəsna xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım idi”, – S.Möhbalıyev vurğulayıb.“Azərbaycan həmkarlar ittifaqlarının güclü təşkilat kimi möhkəmlənməsində, onun sıralarının genişlənməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında Ulu Öndərin əvəzsiz xidmətləri var. Hələ Sovet İttifaqı dövründə həmkarlar ittifaqlarına daim diqqət və qayğı ilə yanaşırdı. Həmin dövrdə o, Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərində, o cümlədən, əksər qurultaylarında iştirak etmişdir. Xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Ulu Öndərin Prezident seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə bilavasitə onun təşəbbüsü və nəzarəti altında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün bunlar Heydər Əliyevin həmkar ittifaqlarına göstərdiyi dövlət qayğısının nümunəsidir”, – S.Möhbalıyev deyib.Konfederasiya sədri ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişafını, sürətli tərəqqisini, doğma Vətənimizin dünyaya yeni formada təqdim edilməsini Ulu Öndərin müəyyənləşdirdiyi yolun layiqli davamı kimi dəyərləndirib: “44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyevin müəyyənləşdirdiyi və müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də onilliklər boyunca xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif bir neçə gündə darmadağın edildi”.S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-3.jpg 100.37 KB3-2.jpg 104.34 KB4-1.jpg 77.39 KB5-1.jpg 171.11 KBmanset-1.jpg 140.31 KB

06.05.2022

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.S.Möhbalıyev çıxışında dövlətçiliyin, müstəqilliyin daha da möhkəmlənməsində, gələcəyin etibarlı təminatında intellektual səviyyəli potensial kadrların hazırlanmasının, onların aparıcı qüvvəyə çevrilməsinin vacib olduğunu bildirib: “Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. İstedadlı şagird və tələbələrin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verildi, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açıldı, istedadlı uşaq və gənclərə hər zaman diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi”.AHİK sədri qeyd edib ki, Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahəyə ciddi fikir verirdi: “Təsadüfi deyil ki, 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açıldı və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı. Həmçinin bu illərdə hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərildi”.Milli Məclisin deputatının sözlərinə görə, Ümummilli Liderin təhsillə bağlı siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir: “Bu sahədə ardıcıl olaraq həyata keçirilən effektli islahatlar, hər cür şəraiti olan yeni məktəblərin tikilməsi, müasir maddi-texniki bazalarla təminat bunlara əyani sübutdur”.“Belə bir müsabiqənin təşkil edilməsi Ulu Öndərin həyat və fəaliyyətinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir. Şagirdlərimiz Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi bugünkü gözəl həyatı anır, həm də öz istedadlarını ortaya qoymuş olurlar”, – Konfederasiya sədri əlavə edib.Mərasimdə I yerə layiq görülmüş şagirdlərdən Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Altay Əlinin təqdimatı nümayiş olunub.Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.TN.jpg 187.91 KBTN1.jpg 89.5 KBTN2.jpg 136.22 KBTN3.jpg 147.36 KB

04.05.2022

Tərtərdə şəhidin adı əbidiləşdirilib

Tərtərdə şəhidin adı əbidiləşdirilib

 Aprelin 25-də ATİAHİ Tərtər rayon komitəsinin üzv təşkilatı olan şəhər 1 saylı tam orta məktəbdə Vətən müharibəsi şəhidi Anar İsaxlının adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib.Tədbirdə şəhidin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və həmin sinifdə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Anar İsaxlının adının məktəbin rus bölməsinin III sinfinə verildiyi elan edilib. Həmin sinfin rəhbəri Mehriban müəllim və şəhidimizin atası Rəsul İsaxlı Anarla bağlı xatirələrini bölüşüblər. Onunla çiyin-çiynə döyüşə qatılan qardaşı və əmisi Anarın qəhrəmanlığından söz açıblar. Məktəbin direktoru İntiqam müəllim, müavini Ziyafət müəllim, Rayon Şəhid Ailələri Cəmiyyətinin sədri Vidadi müəllim də şagirdlərə sinfə şəhid adının verilməsi ilə onların öhdəsinə düşən vəzifələrdən danışıblar və onların da Anar kimi vətənpərvərlik ruhunda böyümələrini arzulayıblar.Daha sonra tədbir iştirakçılarının bir qismi şəhid Anar İsaxlının Cəmilli kənd qəbristanlığında məzarı ziyarət edilib, ruhuna ehtiram göstərilib.

04.05.2022

Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir

Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir

Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən S.Möhbalıyev ötən il ölkəmizin artan iqtisadi göstəriciləri, əldə olunmuş nailiyyətlər, Şərqi Zəngəzurda və Qarabağda aparılan sürətli abadlıq-quruculuq işlərindən, həmin ərazilərin iqtisadi potensialından və biznes imkanlarından söz açıb.AHİK-lə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əmək, əmək münasibətləri, əmək hüququ, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daim genişlənməsi ilə müşahidə olunan fəal əlaqələrin yaradıldığını qeyd edən S.Möhbalıyev respublikamızda BƏT-in 58 Konvensiyasının ratifikasiyasının olunduğunu, konvensiyaların tələblərinin respublikamızın Əmək, Mülki, Cinayət Prosessual, İnzibati Xətalar Məcəllələrində öz əksini tapdığını deyib: “BƏT-nin məlumatına görə, hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir. Bunun nəticəsində 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur, 2,34 milyon nəfər həlak olur. Hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr nəticəsində 6400 adam həlak olur. Müxtəlif xəstəliklərdən ölənlərin sayı 2017-ci ildə 1,7-2,0 milyon nəfər olub. MDB üzrə statistik məlumatlara əsasən, hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2 min insan həlak olur. Dünya iqtisadiyyatı 2,8 trilyon ABŞ dolları dəyərində və ya dünyada istehsal olunan Ümum Daxili Məhsulun 4%-i həcmində itkiyə məruz qalır”.“Beynəlxalq Əmək Təşkilatı 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə qeyd etməyi tövsiyə edib. 2022-ci ilin əsas mövzusu sosial dialoqun əhəmiyyəti və iş yerində müsbət təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına bütün maraqlı tərəflərin cəlb edilməsidir. Həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin yaxşılaşdırması istiqamətində ciddi fəaliyyət göstəriblər. 2021-ci il ərzində onlar 175 müəssisə və təşkilatda ictimai müayinə işi aparıb, 692 pozuntu aşkar edib, onların 90 %-nin aradan qaldırılmasına nail olublar. Nəticədə 169 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 507 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə 2021-ci il ərzində xəsarət alanların sayı 27,2 % artaraq 99 əvəzinə 126 nəfər, bədbəxt hadisədən ölənlərin sayı 26 % azalaraq 23 əvəzinə 17 nəfər olub. Həmkarlar ittifaqının fəaliyyət göstərdiyi müəssisələrdə xəsarət alanların sayının artması əsasən işəgötürənlərin və iş icraçılarının işçiləri təlimatlandırmaması, biliklərinin yoxlanmaması, praktiki fəaliyyətlərində öz vəzifə funksiyalarını yerinə yetirməmələri və beləliklə də, bədbəxt hadisələrə yol açmaları bilavasitə norma və qaydalara əməl etməmələri ilə birbaşa əlaqəlidir”, – AHİK sədri bildirib.Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 12 əməyin mühafizəsi kabineti və 346 güşə yaradılmasını, bununla da kabinetlərin sayının 81-ə, guşələrin sayının isə 738-ə çatdığını deyən S.Möhbalıyev AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçirildiyini bildirib: “Ötən dövr ərzində bu tədbirə 16 498 müəssisə və təşkilat qatılıb, onlardan 481-i bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb: “2021-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmək üçün 1960-dan artıq müəssisə, təşkilat,  sex və  sahədən 167 müəssisənin sənədi daxil olub. Müsabiqə Komissiyasının iclasında daxil olmuş sənədlərin hamısı müzakirə edilib yekdil qərarla 48 müəssisə, təşkilat, sex və sahənin yüksək göstəriciləri müəyyən edilib, İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilib və onlarda müsabiqənin qalibi elan olunub. Müsabiqənin keçirildiyi dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 143, əməyin mühafizəsi komissiyalarının 115 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi müzakirə mövzusu olub. Bu dövrdə işəgötürənlərlə işçilər arasında yaranmış 26 mübahisəli məsələ həll edilib və həmin məsələlərin yuxarı həmkarlar ittifaqı qurumlarında və ya məhkəmələrdə araşdırılmasına ehtiyac qalmayıb”.Çıxışının sonunda S.Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından və öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar diləyib.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən danışıb.Daha sonra çıxış edənlər – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov əməyin mühafizəsi sahəsində ölkəmizdə görülən işlərdən, bu istiqamətdə sahibkarların üzərinə düşən vəzifələrdən, qurumların bu sahəyə nəzarət mexanizmlərindən bəhs ediblər.Tədbirin sonunda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasını və 22 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsimanset-3.jpg 103.26 KB2-5.jpg 152.81 KB3-4.jpg 58.22 KB4-3.jpg 269.09 KB5-3.jpg 73.05 KB6-2.jpg 91.13 KB

27.04.2022

Zəfər Qurultayı Azərbaycan diaspor təşkilatlarının mütəşəkkilliyini və fəallığını daha da artıracaq

Zəfər Qurultayı Azərbaycan diaspor təşkilatlarının mütəşəkkilliyini və fəallığını daha da artıracaq

“İkinci Qarabağ müharibəsi dünya azərbaycanlıları üçün böyük bir sınaq oldu. Təbii ki, apardığımız mübarizənin zəfərlə başa çatması bizim birliyimizdən, həmrəyliyimizdən keçirdi. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların üzərinə də böyük məsuliyyət düşürdü. Çünki Azərbaycanın haq-ədalət uğrunda, işğala qarşı döyüşdüyünü dünya ictimaiyyətinə çatdırmaq daha vacib məqamlardan idi. Və bu gün qürurla deyə bilərik ki, onlar bu missiyanı yorulmadan, daha sivil və səliqəli şəkildə, heç nədən çəkinməyərək ləyaqətlə yerinə yetirdilər. Həmin vaxt diaspor təşkilatlarımız dünyanın əsas aparıcı ölkələrində 200-ə yaxın aksiya təşkil edərək haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında misilsiz xidmətlər göstərdilər. Bu aksiyalara minlərlə soydaşımız qatılaraq fədakarcasına mübarizə apardı, tarixi Vətənlərini nə qədər sevdiklərini və ona nə dərəcədə bağlı olduqlarını bütün dünyaya nümayş etdirdilər. Bundan başqa, diaspor təşkilatlarımız və soydaşlarımız yaşadıqları ölkələrin rəhbərlərinə, parlamentlərinə yazlı müraciətlər edərək, bəyanatlar səsləndirərək onları Azərbaycanın haqq işinə dəstək olmağa çağırırdılar. Bir sözlə, onlar tarixi qələbəmizin təmin olunması üçün üzərilərinə düşən vəzifəni şərəflə yerinə yetirərək Azərbaycanın zəfər çalmasında böyük pay sahibi oldular”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, nümayiş etdirdiyi bu möhtəşəm birliyə verilən ən ali qiymət Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və azərbaycanlıların döyünən qəlbi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi oldu: “Qurultayda müzəffər Ali Baş Komandan, tarixi qələbəmizin memarı cənab İlham Əliyev heç də təsadüfü deyildir ki, bu qurultayı Zəfər Qurultayı adlandırdı. Çünki 30 ilə yaxın bir müddət ərzində biz tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yorulmadan mübarizə apardıq. Dövlətimizin müəyyən etdiyi bütün hədəflərin son ucu Qarabağda və onun tacı olan Şuşada birləşirdi. Bundan əvvəl keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarında yalnız bir istək var idi: növbəti qurultayı Qarabağda keçirmək. Bu, onu göstərirdi ki, xalqımız davam edən erməni işğalı ilə, məğlub adı ilə heç vaxt barışmayacaq. Uzun illər apardığımız yorulmaz mücadilə, xalqımızın tükənməz və sarsılmaz nümunəvi birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti və diplomatik bacarığı bizi qələbəyə qovuşdurdu. Məhz buna görə də Dünya Azərbaycanlılarının Şuşa Qurultayı – Zəfər Qurultayı bu qədər möhtəşəm və rəmzidir”.“Dövlətimizin başçısı cənab İlham Əliyev Qurultayda söylədiyi geniş nitqində, demək olar ki, xalqımızın həmrəyliyinə və sarsılmaz birliyinə, bizi qələbəyə aparan yola, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər saldı, postmüharibə dövrünün reallıqlarından, qarşıda duran müxtəlif və fərqli vəzifələrdən bəhs etdi. Daha vacib məqam isə Prezident İlham Əliyevin bundan sonra baş qaldıra biləcək erməni faşizminə veriləcək cavabı idi. Təbii ki, ermənilərin bundan sonrakı təxribatları onları məhvə sürükləyəcək. Bu, sadə bir məntiqdir ki, Ermənistan heç vaxt Azərbaycanla rəqabət apara biləcək gücdə olmayacaq. Çünki günü-gündən zəifləyən Ermənistan, sözün hər bir mənasında, Azərbaycanın qabağında duruş gətirə bilməz. Onların bir çıxış yolu var: qalib Azərbaycanın müəllifi olduğu reallıqları qəbul etmək. Bunun əksi, təbii ki, İkinci Qarabağ müharibəsindən bəllidir. Çünki Azərbaycan, dövlətimizin başçısının dediyi kimi, müdafiə məqsədilə davamlı olaraq hərbi qüdrətini artırır və bundan sonra da artıracaq. Baş verə biləcək bütün təxribatlara layiqli cavab vermək gücündədir”, – Milli Məclisin deputatı deyib.“Prezident İlham Əliyev diaspor təşkilatlarını postmüharibə dövrünün reallıqları ilə dünya ictimaiyyətini məlumatlandırmağa çağırdı. Təbii ki, bu, çox vacib məqamdır. Dünya bilməlidir ki, Azərbaycanın bölgəyə gətirdiyi reallıqlar nədən ibarətdir. Bəzi erməni dairələri yalan və böhtan dolu informasiyalarla çaşqınlıq yaratmağa çalışırlar. Hamı bilməlidir ki, Azərbaycanın bütün səyləri regionda sülh və sabitliyə, geniş əməkdaşlığa əsaslanır və bu da bütün regionun hərtərəfli inkişafını hədəfləyir”, – AHİK sədri vurğulayıb.S.Möhbalıyev əlavə edib ki, Zəfər Qurultayı bir daha bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirdi: “Qurultay soydaşlarımızın milli mənlik şüurunun daha da güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, Azərbaycanımıza məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərinin bundan sonra da yüksəlməsinə səbəb olacaq. Qarşıda görəcəyimiz hələ çox planlar var. Ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, Şərqi Zəngəzurun və Qarabağın bərpası işinə töhfələr vermək bu qəbildəndir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müqəddəs kəlamlara sadiq qalaraq bu gün nümayiş etdirdiyimiz həmrəylik, inanırıq ki, heç vaxt sarsılmayacaq, daim inkişaf edəcək və daha da möhkəmlənəcək”.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

23.04.2022

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin tarixi xidmətlərindəndir

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin tarixi xidmətlərindəndir

“Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi fəaliyyətinin təməlini milli-mənəvi dəyərlərimiz təşkil edirdi. Sovet hakimiyyəti illərində bu nə qədər çətin və böyük hünər tələb etsə də, Ulu Öndərimiz bütün bu işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Azərbaycan dili məsələsi də daim onun diqqət mərkəzində olub. Ana dilinin qorunması, inkişaf etdirilməsi, mütəmadi olaraq zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xüsusi qayğı ilə yanaşırdı. Bu istiqamətdə vacib və cəsarətli qərarlar qəbul edirdi. 1970-ci illərin ortalarından SSRİ respublikalarının ictimai-siyasi həyatında dil məsələsi geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, ittifaqda milli dillərin sıxışdırılması prosesi getdikcə güclənirdi, hətta respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən ehtiyat edirdilər. Həmin vaxt Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu. Məhz onun bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bunu mən şəxsən Ulu Öndərin xalqımız, Vətənimiz, dövlətimiz qarşısında ən böyük tarixi xidmətlərindən biri hesab edirəm. O, bu addımı ilə milli varlığımızın təminatçısı olan dilimizi məharətlə qorumuş oldu”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, Ulu Öndərin bu qədər ana dilimizə dəyər verməsi, onun qorunması üçün bütün çətinliklərə baxmayaraq, mübarizə aparması Vətənmizə olan sonsuz sevgisindən irəli gəlirdi: “Bir sözlə, Azərbaycan dilinin qorunması və inkişafı üçün nə mümkün idisə onu da edirdi. Azərbaycanda dilçi alimlərə yüksək hörmət və qayğının göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Yəqin ki, 1995-ci ildə Azərbaycan Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı irəli sürülən müxtəlif təklifləri xatırlayırsınız. Təbii ki, böyük əksəriyyət ana dilimizin Azərbaycan dili adlandırılmasını dəstəkləyirdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması ana dilimizin inkişafı və qorunmasını daha da möhkəmləndirdi”.“Ulu Öndərin dilimizin qorunması və inkişafı istiqamətində gördüyü işləri digər sahələrdə olduğu kimi, sədaqətlə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycan dilinin geniş tətbiq edilməsi, sərbəst şəkildə inkişafı üçün hər cür şərait yaradılıb. Dilimizin bugünkü inkişaf səviyyəsi və zənginliyi imkan verir ki, mürəkkəb və dərin fikirləri, düşüncələri, hissləri, incə çalarları aydın tərzdə ifadə edək. Söz bazasının bol olması, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları dilimizin qədim tarixini, inkişafının bugünkü zirvəsini və kamilliyini bir daha təsdiqləyir. Hər birimizin də müqəddəs vətəndaşlıq borcudur ki, ən dəyərli milli sərvətimiz olan dilimizi göz bəbəyimiz kimi qoruyaq, daim qayğı ilə yanaşaq və gələcək nəsillərə ötürək”, – Milli Məclisin deputatı deyib.

21.04.2022

Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyəti ADPU-da olub

Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyəti ADPU-da olub

Aprelin 20-də Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının nümayəndələri Bakıya səfər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, habelə İttifaqın müvafiq vilayət və şəhər bölmələrinin rəhbərləri, şöbə müdirləri,  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə, İttifaqın beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov, ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vurğun Məmmədov iştirak edib.Çıxış edən prof. Cəfər Cəfərov qonaqlara Pedaqoji Universitet haqqında geniş məlumat verərək bildirib ki, universitetdə Azərbaycan bölməsi ilə yanaşı rus və ingilis bölmələri də fəaliyyət göstərir.Tədqiqat universiteti olmaq yolunda aparılan islahatlar, əməkdaşların təlim və treninqlərə, beynəlxalq sertifikat proqramlarına cəlb olunması, maddi-texniki bazanın yenilənməsi, beynəlxalq mübadilə və ikili diplom proqramı haqqında danışan rektor qeyd edib ki, ADPU 2021-ci ilə qədər olan strateji inkişaf planını icra edib və hazırda 2030-cu ilə qədər olan müddət üçün strateji plan üzərində işləyirik.Aygül Mukaşeva çıxış edərək göstərilən qonaqpərliyə görə öz təşəkkürünü bildirib və ADPU-da görülən işləri yüksək qiymətləndirib. O, Qazaxıstanda təhsil quruculuğu və həmkarlar hərəkatı haqqında geniş məlumat verərək bildirib ki,  Qazaxıstanda Abay adına Qazax Milli Pedaqoji Universiteti və Qazax Qadın Pedaqoji Universiteti pedaqoji kadrlar yetişdirir.Mirzə Cəfərzadə qeyd edib ki, ATİAHİ ilə Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu əməkdaşlıq ölkələrimizin təhsil sahəsində həmkarlar hərəkatları arasında təcrübə mübadiləsi və birgə inkişafa dair yeni imkanlar yaradır.Qonaqlar ADPU-da tədris və tədqiqat şəraiti ilə tanış olub, universitetin böyük akt zalında təşkil olunan konsert proqramını izləyiblər.WhatsApp-Image-2022-04-21-at-07-30-30 (1).jpeg 246.46 KBWhatsApp-Image-2022-04-21-at-07-30-29-1-.jpeg 250.98 KBWhatsApp-Image-2022-04-21-at-07-30-28.jpeg 220.1 KBWhatsApp-Image-2022-04-21-at-07-30-30-1-.jpeg 220.64 KBWhatsApp-Image-2022-04-21-at-07-30-28-2-.jpeg 212.03 KBWhatsApp-Image-2022-04-21-at-07-30-29.jpeg 272.85 KBWhatsApp-Image-2022-04-21-at-07-30-28-1-.jpeg 278.27 KBWhatsApp-Image-2022-04-21-at-07-30-30-2-.jpeg 283.03 KBWhatsApp-Image-2022-04-21-at-07-30-30-3-.jpeg 253.82 KB

20.04.2022

Paytaxt məktəbində Qazaxıstan nümayəndə heyəti ilə görüş

Paytaxt məktəbində Qazaxıstan nümayəndə heyəti ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-liseydə Qazaxıstan Həmkarlar İttifaqını təmsil edən nümayəndə heyəti ilə görüş keçirilib.Qazaxıstan Həmkarlar  İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının sədri  (QETİHİ) Aygül Mukaşevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, ATİAHİ-nin Respublika Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov, ATİAHİ-nin Respublika Komitəsinin Yasamal rayon şöbəsinin sədri Rövşən İbrahimov  iştirak ediblər.Məktəb-liseyin direktoru Esmira Ağayeva qonaqlara təhsil ocağında tədris prosesinin təşkili, pedaqoji heyətin iş şəraiti, innovativ texnologiyalardan səmərəli istifadə və yeni təlim proqramlarının mənimsədilməsi barədə ətraflı məlumat verib.Qonaqlar məktəb-liseydəki Heydər Əliyev muzeyi ilə tanışlıqdan sonra  “Şuşa, sən azadsan!” adlı “Dəyirmi masa”da iştirak ediblər.Qazaxıstan nümayəndə heyəti, həmçinin Qarabağda qazanılan zəfərdən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərinə həsr olunmuş “Böyük qayıdış” kitabının təqdimatının keçirildiyi “Açıq dərs”də iştirak ediblər.Daha sonra qonaqlar kimya, Rəqəmsal bacarıqlar və STEAM dərslərini izləyiblər.002-21.04.2022-1.png 676.59 KB002-21.04.2022-2.jpg 80.41 KB002-21.04.2022-3.jpg 79.72 KB002-21.04.2022-4.jpg 224.72 KB002-21.04.2022-5.jpg 196.88 KB002-21.04.2022-6.jpg 265.55 KB002-21.04.2022-7.jpg 186.52 KB002-21.04.2022-8.jpg 218.87 KB

20.04.2022

Tərtərdə Şuşa İli çərçivəsində tədbir keçirilib

Tərtərdə Şuşa İli çərçivəsində tədbir keçirilib

Aprelin 19-da Tərtər rayonunun Evoğlu kənd tam orta məktəbində 2022-ci il "Şuşa ili" ilə əlaqədar "Şuşa başımın tacıdır" adlı tədbir keçirilib. Məktəbin ilk həmkarlar təşkilatının təşəbbüsü ilə baş tutan tədbirdə məktəbin kollektivi ilə yanaşı, ATİAHİ Tərtər rayon komitəsinin, Tərtər Rayon Təhsil Şöbəsinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və müxtəlif aidiyyəti cəmiyyətlərin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və kənd nümayəndələri iştirak ediblər.Öncə məktəb ərazisindəki Şəhidlər abidəsi ziyarət olunub.Tədbirdə çıxış edənlər Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixindən, tarixi abidələrindən, memarlıq üslubundan söz açıblar.  Bildirilib ki, hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Şuşada abadlıq-quruculuq işləri aparılır, yaxın vaxtlarda şəhərin əvvəlki görkəmi özünə qaytarılacaq. Daha sonra tədbir bədii hissə ilə davam edib.  

19.04.2022

ATİAHİ Respublika Komitəsində görüş keçirilib

ATİAHİ Respublika Komitəsində görüş keçirilib

Aprelin 18-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində ölkəmizdə səfərdə olan Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə qonaqları salamlayan ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev Azərbaycanda təhsil sahəsində həyata keçirilən işlərdən danışıb. Qeyd edib ki, ölkəmizdə bu sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdən birini təşkil edir. Hər il təhsil sahəsində işləyən insanların sosial rifah halının yüksəldilməsi məqsədilə mühüm işlər görülür: “Demək olar ki, hər il təhsil sahəsində çalışan insanların əmək haqları artırılır. Bu ilin yanvar ayının 1-dən Azərbaycanda təhsil sahəsində işləyənlərin əməkhaqları 20 faiz artırılıb ki, bu da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı atılan addımlardan biridir”.Artıq iki ildən artıqdır ki davam edən COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərindən danışan H.Nağıyev həmçinin 44 günlük Vətən Müharibəsi və onun nəticələri ilə bağlı da qonaqları məlumatlandırıb. Bildirib ki, 30 ilə yaxın işğal altında qalan 20 faiz torpaqları azad etmək məqsədi ilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan xalqı Vətən müharibəsinə qalxdı və 44 gün ərzində ərazi bütövlüyünü bərpa etdi: “100-ə yaxın dinc sakin həlak oldu. Onların arasında təhsil işçiləri və onların ailə üzvləri də var idi. Həmçinin 800-ə yaxın təhsil işçisi də döyüşlərdə iştirak etdi. Onlardan 21 nəfəri həlak oldu. Təşkilatımız bu müharibədən ziyan çəkən, ailə üzvlərini itirən təhsil işçilərinə, həlak olan təhsil işçilərinin ailə üzvlərinə, yaxınlarına humanitar yardımlar etdi, yaralıların müalicəsi üçün zəruri tədbirlər gördü”. Sonra sədrin birinci müavini ATİAHİ Respublika Komitəsinin beynəlxalq əlaqələrindən danışaraq Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Səmimi qəbula görə təşəkkürünü bildirən Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən danışıb. Sonra iki təşkilat arasındakı gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib. IMG_8561.JPG 7.43 MBIMG_8543.JPG 6.3 MBIMG_8546.JPG 7.23 MBIMG_8547.JPG 6.94 MBIMG_8549.JPG 6.51 MBIMG_8550.JPG 6.75 MBIMG_8554.JPG 6.54 MB

18.04.2022

Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

Aprelin 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri (QETİHİ) Aygül Mukaşevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.AHİK sədri bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələri sosial, siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf etməkdədir.Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri deyib ki, ölkəmizdə ən böyük ictimai təşkilat olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları Azərbaycanda əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü iş aparır.S.Möhbalıyev həmçinin Azərbaycanın uğurlu təhsil siyasətindən də bəhs edib: “Dövlətimizin iqtisadi imkanlarının artması təhsil sahəsinə də öz təsirini göstərir. Azərbaycanda təhsilin inkişafı bu sahədə çalışan insanların sosial-rifah halının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Demək olar ki, hər il təhsil sahəsində çalışan insanların əməkhaqları artırılır. Bu ilin yanvarın 1-dən Azərbaycanda təhsil sahəsində işləyənlərin əməkhaqları 20 faiz artırılıb ki, bu da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı atılan addımlardan biridir”.Səmimi qəbula görə, təşəkkür edən QETİHİ sədri Aygül Mukaşeva Qazaxıstan həmkarlar ittifaqlarının gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, qarşılıqlı səfərlər təşkil edildiyini, təcrübə və fikir mübadilələrinin aparıldığını deyib. Bildirilib ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.Daha sonra tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində  dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi, elm və təhsil  sahələrində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması üçün səylərini birləşdirməsi, fəaliyyətlərini əlaqələndirilməsi və s. kimi məsələlər öz əksini tapıb.Sonda S.Möhbalıyev və A.Mukaşeva jurnalistlərin suallarını cavablandırıb, imzalan sənədin mahiyyəti və əhəmiyyətini açıqlayıblar.1-2.jpg 116.58 KB2-4.jpg 93.1 KB3-2.jpg 97.28 KB4-1.jpg 134.26 KB5-2.jpg 135.85 KB

18.04.2022

Tərtərdə Birinci Qarabağ şəhidi anılıb

Tərtərdə Birinci Qarabağ şəhidi anılıb

Aprelin 12-də Tərtər rayonunda Birinci Qarabağ müharbəsi şəhidi Vüqar Məmmədovun anım tədbiri keçirilib. Tədbir şəhidin adını daşıyan rayonun Səhləbad kənd tam orta məktəbində baş tutub.ATİAHİ Tərtər rayon komitəsinin və üzv təşkilatlarının nümayəndələrinin də qatıldığı mərasimdə şəhidin döyüş yoldaşları, müharibə veteranları, Vətən müharibəsi qaziləri, şəhid valideyinləri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun Şəhid Ailələri və Müharibə Veteranları Cəmiyyətinin rəhbərliyi, Rayon Polis Şöbəsinin əməkdaşları, kənd sakinləri və məktəbin kollektivi iştirak edib.İştirakçılar öncə, kənddə ucaldılmış şəhidlər abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb ehtiramlarını ifadə ediblər.Sonra tədbir məktəbdə davam edib. Çıxış edənlər şəhidin polis işlədiyi dövrdə nümunəvi fəaliyyətindən, Vətənə olan sevgisindən, erməni işğalçılarına qarşı döyüş rəşadətindən, bu yolda şirin canından keçməsindən bəhs ediblər. Bildirilib ki, məhz Vüqar kimi qəhrəman oğullarımızın Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq II Qarabağ müharibəsinin iştirakçılarını döyüşə ruhlandırırdı. Bu ruh yüksəkliyi ilə onlar düşməni cəmi 44 günə diz çökdürdülər. İşğalçı ordunu məhv etdilər. Vurğulanıb ki, bütün şəhidlərimizin ruhu şaddır. Çünki işğal altında olan torpaqlarımız azad edildi və onların qisası artıqlaması ilə döyüş meydanında alındı.Şəhidin anası Səmaya xanım oğlu ilə bağlı xatirələrini bölüşüb və onunla fəxr etdiyini diqqətə çatdırıb. Bildirib ki, bütün şəhid ailələri dövlətimizin diqqət və qayğısı altındadır, buna görə, o, ölkə rəhbərliyinə minnətdarlıq edib. Sonda məktəbin bir qrup kollektivi kənd qəbiristanına gedərək Vüqarın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.566ed4d9-06a8-43cb-ade3-b503176eb700.jpg 87.17 KB

12.04.2022

Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının birinci mərhələsi keçirilib

Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının birinci mərhələsi keçirilib

Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının birinci mərhələsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır. Bu məqədlə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev tədbirdə çıxış edərək qonaqları salamlayıb ədəbiyyat və incəsətin birgə vəhdətindən ərsəyə gələn tədbiri yüksək qiymətləndirib. Qeyd edilib ki, İncəsənət fakültəsindən fərqli olaraq bu günkü tədbirdə digər ixtisaslarda təhsil alan tələbələr iştirak edirlər. Rektor bədii yaradıcılıqların qiymətləndirilməsi baxımından tədbirin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Elbrus İsayev universitetin professor-müəllim heyəti və tələbələri üçün gözəl xatirələrlə yadda qalacaq görüşdən hər kəsin faydalanacağı barədə öz təklif və tövsiyyəlırini çatdırıb.Tədbirdə onlarla istedadlı tələbə şeir, musiqi, bədii qiraət və rəsm üzrə öz bacarıqlarını nümayiş etdiriblər. İstedadlı tələbələrin müəyyən edilməsi Münsiflər heyətinin sədri Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyev, münsiflər heyətinin üzvləri Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova tərəfindən həyata keçirilib.Müsabiqənin sonunda münsiflər heyəti öz təklif və tövsiyyələrini verdikdən sonra tələbələrə uğurlar arzulayıblar. Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.Görüşdən sonra qonaqlar universitetin ərazisini gəzib, mövcud fakültələrlə tanış olublar. İncəsənət fakültəsinin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.Sonra ali təhsil ocağının Magistratura mərkəzində Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş olub. Rektor nasir, şair, tərcüməçi, kinodramaturq 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Baba Vəziroğlu haqda danışıb. Bu günkü görüşün hər kəs üçün xoş təəssürat oyadağına əminlik ifadə olunub. Görkəmli şairin sözlərinə bəstələnən mahnıların olduğu albomunu rektora hədiyyə edib.Tədbir diskussiya formatında davam etdirilib. Müəllim və tələbələr  Baba Vəziroğluna müxtəlif istiqamətlərdə maraqlı suallar ünvanlayıblar. Şairin öz şeirlərini bədii qiraət etməsini iştirakçılar həvəslə dinləyiblər. Həmçinin tədbirdə qonaqlar tərəfindən şairə kitab və hədiyyələr təqdim edilib.Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova İncəsənət ixtisaslarında təhsil alan tələbələrlə görüşüblər. Tədbirdə tələbələrin musiqi bacarıqları, gənclərin retro musiqisinə olan marağı  qiymətləndirilib. Xalq artisti tələbələr üçün gözəl ifalar da səsləndirib. Milli rəqslərimiz və yallılar haqda danışan dünya ölkələrində Azərbaycan incəsənətini və mədəniyyətini özünəməxsus ustalıqla və incəliklə təmsil edən Təranə Muradova tələbələrə milli geyimlərimiz barədə danışıb. Vurğulanıb ki, milli rəqslərimiz həm də milli geyimlərimizin təbliği baxımından da müsbət qiymətləndirilməlidir. Yallı rəqsinin qədim tarixə malik olduğunu qeyd edən Xalq artisti tələbələr üçün milli rəqslərimizdən nümunələr göstərib.Tədbir hər kəs üçün xoş xatirələrlə yadda qalıb.DSC_6905.jpg 401.43 KBDSC_7004.jpg 367.25 KBDSC_7102.jpg 356.05 KBDSC_7537.jpg 485.05 KBDSC_7622.jpg 363.26 KBDSC_7626.jpg 351.94 KB

11.04.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo