ATİAHİ Tərtər rayon komitəsi Xocalı faciəsində yaşananları unutmamaq, baş verən qanlı hadisəni gənc nəsilə tanıtmaq məqsədi ilə şagirdlər arasında rəsm müsabiqəsi elan etmişdir.
Fevralın 23-də müsabiqəyə təqdim olunan işlərdən ibarət "Xocalı şagirdlərin gözü ilə” rəsm sərgisi təşkil olunub.
Sərgidə faciənin yaratdığı pislikləri, doğurduğu rezonansı əks etdirən şagirdlərin əl işləri nümayiş etdirilib.
Müsabiqədə müəyyənləşmiş ilk yerlərin qaliblərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.