Tərtərdə Şuşa İli çərçivəsində tədbir keçirilib

Aprelin 19-da Tərtər rayonunun Evoğlu kənd tam orta məktəbində 2022-ci il "Şuşa ili" ilə əlaqədar "Şuşa başımın tacıdır" adlı tədbir keçirilib.
 
Məktəbin ilk həmkarlar təşkilatının təşəbbüsü ilə baş tutan tədbirdə məktəbin kollektivi ilə yanaşı, ATİAHİ Tərtər rayon komitəsinin, Tərtər Rayon Təhsil Şöbəsinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və müxtəlif aidiyyəti cəmiyyətlərin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və kənd nümayəndələri iştirak ediblər.
Öncə məktəb ərazisindəki Şəhidlər abidəsi ziyarət olunub.
Tədbirdə çıxış edənlər Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixindən, tarixi abidələrindən, memarlıq üslubundan söz açıblar. 
 
Bildirilib ki, hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Şuşada abadlıq-quruculuq işləri aparılır, yaxın vaxtlarda şəhərin əvvəlki görkəmi özünə qaytarılacaq. Daha sonra tədbir bədii hissə ilə davam edib.  

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo