Tərtərdə şəhidin adı əbidiləşdirilib


 Aprelin 25-də ATİAHİ Tərtər rayon komitəsinin üzv təşkilatı olan şəhər 1 saylı tam orta məktəbdə Vətən müharibəsi şəhidi Anar İsaxlının adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və həmin sinifdə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
 Ardınca Anar İsaxlının adının məktəbin rus bölməsinin III sinfinə verildiyi elan edilib. Həmin sinfin rəhbəri Mehriban müəllim və şəhidimizin atası Rəsul İsaxlı Anarla bağlı xatirələrini bölüşüblər. Onunla çiyin-çiynə döyüşə qatılan qardaşı və əmisi Anarın qəhrəmanlığından söz açıblar. Məktəbin direktoru İntiqam müəllim, müavini Ziyafət müəllim, Rayon Şəhid Ailələri Cəmiyyətinin sədri Vidadi müəllim də şagirdlərə sinfə şəhid adının verilməsi ilə onların öhdəsinə düşən vəzifələrdən danışıblar və onların da Anar kimi vətənpərvərlik ruhunda böyümələrini arzulayıblar.
Daha sonra tədbir iştirakçılarının bir qismi şəhid Anar İsaxlının Cəmilli kənd qəbristanlığında məzarı ziyarət edilib, ruhuna ehtiram göstərilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo