Tərtərdə qadınlar mükafatlandırıldı
Matın 5-də ATİAHİ Tərtər rayon komitəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub. 
 
Tədbirdə rayon təhsilində fərqlənən qadın pedaqoqlar, həmçinin digər sahələrdə çalışan xanımlar iştirak ediblər.
Rayon komitəsinin sədri Şöhlə Mənafova və Təhsil Şöbəsinin müdiri vəzifələrini müvəqqəti  icra edən Nuranə Abdullazadə tədbir iştirakçılarını təbrik edib, onların cəmiyyətdə rolundan, ölkəmizin inkişafında, dövlətçiliyimizin möhkəmlənməsində xidmətlərindən danışıblar.
 
Sonda xanımlara Fəxri fərmanlar, qiymətli hədiyyələr verilib və bayram süfrəsi təşkil olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo