Martın 19-da Tərtər rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib.
Təşkilatçılar arasında ATİAHİ Tərtər rayon komitəsinin də olduğu tədbirdə rayon rəhbərliyi və ictimaiyyəti, ziyalılar, o cümlədən məktəb rəhbərləri və müəllimlər iştirak ediblər. ATİAHİ Tərtər rayon komitəsinin üzv təşkilatları tərəfindən nümayiş etdirilən Novruz sərgisi iştirakçıların marağına səbəb olub. Bayramın personajları olan kosa, keçəl və bahar qızı şən zarafatları ilə rayon sakinlərinin könülünü oxşayıb.