Tərtərdə fənn olimpiadasının qalibləri ilə görüş keçirilib

 
İyunun 13-də ATİAHİ Tərtər rayon komitəsində məktəblilərin fənn olimpiadasının qalibi olmuş şagirdlərlə görüş keçirilib.
Görüşdə şagirdlərə təbriklər çatdırılıb, gələcək təhsillərində uğurlar arzulanıb. Bildirilib ki, ölkəmizin hərtərəfli gələcək inkişafı məhz bu gün onların əldə etdiyi elmi bilklər sayəsində mümkün olacaq, buna görə daha çox çalışmaq, müasir elmlərə yiyələnmək lazımdır.
Sonra qaliblərə - coğrafiya fənni üzrə II yerə layiq görülərək gümüş medal almış Murad Qarayevə və tarix fənni üzrə III yerə layiq görülərək bürünc medal qazanmış Xədicə Qəmbərovaya qiymətli hədiyyələr və diplom təqdim edilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo