Tərtərdə Aprel şəhidi anılıb
Aprelin 2-də Tərtər şəhər 1 №li tam orta məktəbdə 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş məktəbin məzunu Nicat İsgəndərovun anım tədbiri keçirilib.
Tədbirdə şəhidin valideynləri, ATİAHİ Tərtər rayon komitəsinin üzv təşkilatlarının nümayəndələri, müharibə veteranları, qazilər və məktəbin kollektivi iştirak edib.
Çıxış edən şəhidin müəllimləri Nicatın məktəb həyatından nümunəvi davranışlarından, dərslərə olan məsuliyyətindən söz açıblar. Bildirilib ki, Nicat vətənpərvər bir gənc idi, torpağına, xalqına bağlı bir insan idi. Hər zaman dostları, yaxınları ilə vətənpərvər ruhda söhbətlər edərmiş. 
Qeyd olunub ki, Nicatın və Nicat kimi digər şəhidlərimizin ruhu şaddır bu gün, çünki uğurunda can verdikləri Vətən torpağı işğalçılardan tamamilə azad edilib, dövlətimizin suveren hüquqları bütün ölkə ərazisində bərqərar olub. Vurğulanıb ki, bütün bu uğurlara görə, şəhidlərimizə həmişə borclu olacağıq, onların şirin xatirəsi heç zaman qəlbimizdən silinməyəcək.
Sonda tədbir iştirakçıları Nicatın adı verilmiş küçəyə gedib baralyefinin önünə gül dəstələri düzüb ruhuna dualar oxuyublar.
Şəhidin valideynləri göstərilən diqqətə və mənəvi dəstəyə görə, təşkilatçılara və iştirakçılara təşəkkür ediblər. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo