ATİAHİ Tərtər rayon komitəsinin təşkilatçılığı ilə mini futbol yarışı keçirilib

5 Mart - Bədən Tərbiyəsi  və İdman Günü ilə əlaqədar ATİAHİ Tərtər rayon komitəsinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında mini futbol yarışı keçirilib. 

Yarışın açılış mərasimində çıxış edən Tərtər Rayon Uşaq Gənclər İdman - Şahmat Məktəbinin (UGİŞM) direktoru Emin Quliyev və ATİAHİ Tərtər rayon komitəsi rəyasət heyətinin üzvü Yasin Abdullayev ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən, bu sahəyə dövlətimizin xüsusi diqqətindən, əldə olunmuş nailliyyətlərdən danışıblar.

Sonra 28 üzv təşkilatdan 28 komandanın iştirak etdiyi yarışa start verilib. İki gün (4-5 mart tarixdə) davam edən yarışda I yeri rayonun Bəyimsarov kənd tam orta məktəbi, II yer Səhlabad kənd tam orta məktəbi, III yer UGİŞM qazanıb. Birinci yerin qalibinə kubok və Fəxri fərman, son iki yerin qalibinə isə Fəxri fərmanlar təqdim olunub. Həmçinin yarışın hakimlərinə də Fəxri fərmanlar təqdim olunub.

Sonda tədbir iştirakçıları idmanın inkişafına, bu kimi tədbirlərin təşkil olunmasına, idmançılarımız üçün yaradılmış şəraitə görə, ölkə Rəhbərliyinə minnətdarlıq ediblər.
ee3c1882-597d-49cd-b2dd-87fc9dd6e24d.jpg 126.09 KB


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo